» » » Şeydayev Türkiyə çempionatının 1-ci divizionunda

Şeydayev Türkiyə çempionatının 1-ci divizionunda

Türkiyə mətbuatında milli komandamızın və "Trabzonspor" klubunun futbolçusu Ramil Şeydayevin Türkiyənin 1-ci dəstəsində çıxış edən "Samsunspor" klubu ilə prinsipial razılığa gəlməsi ilə bağlı məlumat yer alıb.
 
Premyer.az bildirir ki, Şeydayev Samsun təmsilçisində icarə əsasında çıxış edəcək. "Trabzonspor" klubu futbolçuya görə "Samsunspor"dan icarə haqqı almayacaq. Anlaşmanın müddəti isə mövsümün sonuna kimi nəzərdə tutulub. Qarşıdakı günlərdə tərəflərin rəsmi müqaviləyə imza atması gözlənilir.
 
Hazırda 1-ci dəstədə mübarizə aparan "Samsunspor" 16 oyundan sonra, 11 xalla 17-ci pillədə qərarlaşıb.  
392