» » » SON DƏQİQƏ! AFFA Hollandiyalı futbolçunu yığmamıza dəvət etdi (FOTOLAR)

SON DƏQİQƏ! AFFA Hollandiyalı futbolçunu yığmamıza dəvət etdi (FOTOLAR)

SON DƏQİQƏ! AFFA Hollandiyalı futbolçunu yığmamıza dəvət etdi (FOTOLAR)AFFA Hollandiyanın "Feyenoord" klubunda çıxış edən türk əsilli futbolçu Ozancan Kökcü üçün təklif göndərib. Premyer.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Yaşar Vahabzadənin baş məşqçi olduğu 21 yaşlılardan ibarət yığmamızın Antalyada keçiriləcək təlim-məşq toplanışına qoşulacaq.

O, etimadı doğruldacağı halda, U-21-in növbəti hazırlıq proseslərinə də dəvət alacaq.  "Feyenoord"un U-19 və U-21 komandalarında çıxış edən Kökcü İngiltərənin "Mançester Siti" və İtaliyanın "Latsio" klublarının da maraq dairəsindədir. O, həm Türkiyə, həm də Hollandiya vətəndaşıdır. Futbolçunun "Feyenoord"la hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Klub yeni müqavilə təklif etsə də, Ozancan Kökcü hələ qərar verməyə tələsmir.
 
Türkiyə mətbuatının yaydığı xəbərə görə, Türkiyənin gənclər yığmasından təklif gözləyən futbolçu, belə bir təklif gəlməyincə, Azərbaycandan gələn təklifə müsbət cavab verib.

468     
Reklam

Reklam