» » » “Kəpəz” qış hazırlıq planını açıqladı

“Kəpəz” qış hazırlıq planını açıqladı

Azərbaycan kubokunun ¼ final mərhələsinin "İnter” ilə cavab oyunundan sonra "Kəpəz” istirahətə buraxılıb. Premyer.az bildirir ki, qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər. "Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər.
 
Hazırlıq planına əsasən, Gəncə klubu ayın 11-də məşqlərə başlayacaq. İki günlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək. "Kəpəz” qış fasiləsində hazırlıq dövrünü ölkə daxilində keçirəcək. Gəncəlilər Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşacaq. "Kəpəz” burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaq.
 
Toplanış müddətində Nizami yurdunun təmsilçisi ayın 17-i və 19-da yoxlama oyunları keçirməyi planlaşdırıb. Komanda eyni gündə fərqli heyətlə iki görüşə (ümumilikdə 4 görüşə) çıxacaq.
 
Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq "sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra "Kəpəz” təqvim oyununa hazırlaşacaq.
249     
Reklam

Reklam