» » » "Trabzonspor" millimizin üzvündən imtina etdi

"Trabzonspor" millimizin üzvündən imtina etdi

"Trabzonspor" millimizin üzvündən imtina etdi"Trabzonspor" klubunun idarə heyətinin fövqəladə iclası keçirilib.

Premyer.az bildirir ki, "Lig TV"-nin yaydığı xəbərə görə, klub prezident Muharrem Usta, baş məşqçisi Ərsun Yanalın da iştirak etdiyi iclasda komandanın mövsümün ilk yarısındakı çıxışı müzakirə olunub.

Bundan başqa, klubun transfer planları barədə fikir mübadiləsi aparılıb.

İclasda millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırmaq məsələsi də müzakirə olunub. Qış fasiləsində komandadan Şeydayevlə yanaşı, Hun Yun Suk, Luis İbenez, Güray Vural və Muhammet Demirin göndərilməsinə qərar verilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatında Şeydayevin icarəyə veriləcəyi xəbərləri yayılıb.
322     
Reklam

Reklam