» » » "Neftçi" Gürcüstan Millisinin futbolçusunu transfer etdi (FOTOLAR)

"Neftçi" Gürcüstan Millisinin futbolçusunu transfer etdi (FOTOLAR)

Qış fasiləsinə 7-ci yerdə yollanan "Neftçi" heyətini gücləndirməyə başlayıb.
 
Premyer.az xəbər verir ki, Elxan Abdullayevin komandası Gürcüstan milli komandasının üzvü Giorgi Navalovski ilə müqavilə bağlayıb.

30 yaşlı müdafiəçi azərbaycanlı azarkeşlərə də tanış simadır. O, 2010-cu ildə icarə əsasında "İnter"in heyətində 13 oyun keçirib və 1 qol vurub və komanda ilə birlikdə Azərbaycan çempionu adını qazanıb.

Navalovskinin son klubu Yunanıstan "Veriya"sı olub.


"Neftçi" Gürcüstan Millisinin futbolçusunu transfer etdi (FOTOLAR)


387     
Reklam

Reklam