» » » "Sumqayıt" ikinci dövrənin statistikasını açıqladı (SİYAHI)

"Sumqayıt" ikinci dövrənin statistikasını açıqladı (SİYAHI)

Topaz Premyer Liqasında 2016/2017 mövsümündə ikinci dövrə başa çatıb. Premyer.az klubun saytına istinadən xəbər verir ki, bu dövrədə "Sumqayıt" Futbol Klubunun baş məşqçisi Samir Abasov, ümumilikdə 21 futbolçunun xidmətindən istifadə edib. Heyətdə yer alan 3 futbolçu - Fərhad Vəliyev, Vurğun Hüseynov və Mirabdulla Abbasov bütün qarşılaşmalarda meydana çıxıb. Fərhadla Vurğun isə bu oyunları əvəzlənmədən keçirib. İkinci dövrədə baş tutan 14 qarşılaşmada komanda rəqib qapısından 13 top keçirib. "Sumqayıt" FK-nın bu oyunlarda ən çox qol vuran futbolçusu Mirabdulla Abbasovdur. Adıçəkilən futbolçu çıxdığı 14 qarşılaşmada rəqib qapılarından 4 top keçirib.

Fərhad Vəliyev - 14 oyun (1260 dəqiqə)
Vurğun Hüseynov - 14 (1260)
Mirabdulla Abbasov - 14 (958)
Amit Quluzadə - 13 (1064)
Azər Salahlı - 13 (1108)
Vaqif Cavadov - 13 (916)
Rail Məlikov - 12 (1113)
Ayaz Mehdiyev - 12 (970)
Bəxtiyar Həsənalızadə - 10 (796)
Yusif Nəbiyev - 10 (737)
Afşin Esmaeilzade - 10 (639)
Amil Yunanov - 10 (442)
Məhəmməd Qurbanov - 9 (570)
Nicat Muxtarov - 9 (407)
Xəyal Nəcəfov - 8 (612)
Seymur Əsədov - 8 (409)
İbrahim Abednezhad - 5 (249)
Kamran Abdullazadə - 3 (155)
Vaquf Güləliyev - 1 (82)
Tural Bayramlı - 1 (19)
Süleyman Əhmədov - 1 (4)

Vurulan qollar: Mirabdulla Abbasov (4), Vaqif Cavadov -3, Yusif Nəbiyev (2), Amil Yunanov 2/2 (pen), Seymur Əsədov, Amit Quluzadə.
388     
Reklam

Reklam