» » » Elxan Abdullayev: "Rəqibimiz indiyə qədər hansı komandaya 4 qol vurub ki, bizə də vursun?!”

Elxan Abdullayev: "Rəqibimiz indiyə qədər hansı komandaya 4 qol vurub ki, bizə də vursun?!”

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Azərbaycan Kubokunda 1/4 final mərhələsinin "Zirə” klubu ilə cavab oyunundan sonra fikirlərini bildirib. Premyer.az baş məşqçinin söylədiklərini diqqətinizə çatdırır:

"Ağır oyun olacağını bilirdik. Bununla belə, istəyimizə nail olub, yarımfinala yüksəldik. Bu bizim üçün çox vacib idi. Komandamızın üzvlərini təbrik edirəm. Bilirdim ki, iki oyunun nəticəsinə görə mərhələni biz adlayacağıq, amma futbolçuların arxayınlaşmaması üçün onlara demişdim ki, sona qədər mübarizə aparmaq lazımdır. O ki qaldı "Zirə”nin 4 qol vurub mərhələ adlamasına, rəqibimiz indiyə qədər hansı komandaya 4 qol vurub ki, bizə də vursun?!”

227     
Reklam

Reklam