» » » Qurban Qurbanov: "Ağır bir ili birlikdə geridə qoyduq"

Qurban Qurbanov: "Ağır bir ili birlikdə geridə qoyduq"

Qurban Qurbanov: "Ağır bir ili birlikdə geridə qoyduq"Dünən ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Qarabağ" səfərdə "Sumqayıt"ı 5:2 hesabıyla məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Premyer.az xəbər verir ki, klubun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Maraqlı oyun oldu, bu gün futbolçularımın istəkli olması vacib idi, bu oyunda da istək daha çox idi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı. Futbolçularıma təşəkkür edirəm, ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə ili oldu. Sonda hər birinizə xoş istirahətlər arzulayıram".
189