» » » "Neftçi" sabiq oyunçusunu geri qaytarır

"Neftçi" sabiq oyunçusunu geri qaytarır

"Neftçi" daha bir sabiq üzvünü geri qaytarır. Premyer.az xəbər verir ki, "ağ-qaralar" Tərlan Quliyevi heyətinə qatır. Məlumata görə, artıq tərəflərlər arasında bu haqda anlaşma da əldə edilib.
 
Transferin yaxın günlərdə reallaşması gözlənilir. Qeyd edək ki, Tərlan Quliyev "Neftçi"nin yetirməsidir. 24 yaşlı müdafiəçi 2009-2014-cü illərdə klubun əsas heyətində çıxış edib. 2014-cü ildə "Qarabağ"a transfer olunan futbolçu bu yay "İnter"ə keçib. O, cari mövsümdə 14 rəsmi oyuna çıxıb.
288