» » » “Qarabağ”ın rekorduna kim mane oldu?

“Qarabağ”ın rekorduna kim mane oldu?

"Qarabağ” mövsümdə ilk dəfə ev oyununda xal itirib. Premyer.az bildirir ki, bu, Topaz Premyer Liqasının XIV turunda baş verib. "İnter”lə qarşılaşan Ağdam təmsilçisi meydanı 1 xalla tərk edib – 0:0. Əyalət klubu bunadək cari çempionatın bütün ev oyunlarında qələbə qazanmışdı. "Neftçi” (3:0), AZAL (6:0), "Zirə” (2:0), "Sumqayıt” (3:0), "Kəpəz” (1:0) və "Qəbələ” (2:1) üzərindəki qələbələr ötən mövsümdən başlayan seriyanın davamı olub.
Belə ki, "Qarabağ” 2015/16 mövsümünün ikinci yarısında da öz meydanında xal itirməmişdi. "Xəzər Lənkəran”ı 3:0, "Neftçi” və "Zirə”nin hər ikisini 2:0, "Rəvan”ı 5:1, "Kəpəz”i 4:0, "İnter”i 2:0, "Sumqayıt”ı 1:0, "Qəbələ”ni 2:0 və AZAL-ı 3:0 yenən Qurban Qurbanovun yetirmələri yeni mövsümə 9 matçlıq qələbə seriyası ilə başlamışdı. "Qarabağ”ın "İnter”ə qədərki son ev itkisi 2015-ci ilə təsadüf etmişdi. Dekabrın 19-da "Qəbələ” ilə qollu heç-heçə (1:1) edən ağdamlılar 364 gündən sonra öz meydanında qalib gələ bilməyib. 2016-cı ildəki ilk və yeganə xal itkisinə qədər ardıcıl 15 qələbə qazanan komanda klubun tarixində 2-ci nəticədir. Əyalət təmsilçisi 1992-93-cü illərdəki 16 oyunluq qələbə seriyasının 1 addımlığında dayanıb. "Qarabağ”ın indiki nailiyyəti isə Azərbaycan çempionatlarının tarixində 7-ci nəticədir.
441     
Reklam

Reklam