» » » Braziliyalı legioner yenidən "Kəpəz"in sıralarında

Braziliyalı legioner yenidən "Kəpəz"in sıralarında

Topaz Premyer Liqasının XIV turunda "Qəbələ”yə qarşı səfər oyununda  "Kəpəz” Dario Frederikonun xidmətlərindən yararlana biləcək. Premyer.az bildirir ki, futbolçu matçın "18-liy”inə salınacaq.
 
Uzun müddət zədəli olan braziliyalı yarımmüdafiəçi çempionatın VIII turunda AZAL-la Bakıdakı oyunda zədələnərək sıradan çıxmışdı. O vaxtdan müalicə olunan Dario Premyer Liqa və Azərbaycan kuboku uğrunda görüşlərdə oynamayıb. Yalnız ötən həftədən komanda ilə birgə məşqlərə qoşulan Frederiko bu ilin son turu üçün oyuna hazır olub.
 
Foto: Rauf İskəndərov /Premyer.az
319     
Reklam

Reklam