» » » “Kəpəz” - “Qəbələ” oyunu Gəncədə keçirilməyəcək

“Kəpəz” - “Qəbələ” oyunu Gəncədə keçirilməyəcək

"Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
 
Premyer.az bildirir ki, klub Gəncə şəhər stadionunun 4 gün ərzində 2 oyun qəbul edəcəyi təqdirdə, ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib və XIV turun oyununun yerinin dəyişdirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və "Qəbələ” klubunun razılıq məktubunu əsas götürən Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edir:

1. Topaz Premyer Liqasının XIV turunun "Kəpəz” - "Qəbələ” matçı 17 dekabr tarixində Qəbələ şəhər stadionunda keçirilsin.

2. XIV turda meydan sahibi "Qəbələ” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi "Kəpəz” klubu təsdiq edilsin.
 
Foto: Rauf İskəndərov / Premyer.az
246