» » » Mahir Mədətov "Qarabağ"ın tarixinə düşdü

Mahir Mədətov "Qarabağ"ın tarixinə düşdü

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu "Qarabağ” üçün iki yubileylə əlamətdar olub.
 
Premyer.az bildirir ki, "Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edən ağdamlılar ölkə kubokunda 50-ci ev qələbəsini qazanıb. Bunu 64-cü matçında gerçəkləşdirən "ağ-göylər” Azərbaycan kuboku çərçivəsində öz meydanında ən çox qələbə qazanan klubdur. Hesabında 9 heç-heçə və 5 məğlubiyyət olan "Qarabağ”ın "Sumqayıt”la görüşdəki 4-cü qolu da yubiley əhəmiyyəti kəsb edib.
 
Mahir Mədətov komandasının 150-ci ev qoluna imza atıb. Əyalət klubunun evdəki məhsuldarlığı 2,375-dir. Azərbaycan kubokunda öz meydanında ən çox qol vuran komanda ünvanına sahib olan ağdamlılar 152 dəfə fərqlənib. Qonaqlar isə onların qapısından cəmi 30 top keçirib.
1411     
Reklam

Reklam