» » » "Şahdağ" və "Energetik" klublarının növbəti oyunçuları "danışılmış oyunlar"a görə cəzalandırıldı (SİYAHI)

"Şahdağ" və "Energetik" klublarının növbəti oyunçuları "danışılmış oyunlar"a görə cəzalandırıldı (SİYAHI)

UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların  AFFA və PFL tərəfindən araşdırılması davam edir. Premyer.az bildirir ki, müvafiq komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən aşağıda adı göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır:
 
"Şahdağ" (Qusar)
Uce Cukunyere
"Energetik" (Mingəçevir)
Ruslan Həmidov
Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA-nın İntizam Komitəsinin  22 noyabr 2016-cı il tarixli qərarı araşdırma başa çatana qədər qüvvəsində qalır:
 
Şahdağ (Qusar)
İqrar Səmədov
Rafael Kübərov (İnzibatçı)
 
Rəvan (Bakı)
Elvin Əliyev
Cəmşid Məhərrəmov
 
Göyəzən (Qazax)
Arzuman Vəliyev
Tunar Şahtaxtinski
 
Energetik (Mingəçevir)
Elvin Əlizadə
Kamran Lalayev
 
Hakim
Anar Niyazov
 
Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA-nın İntizam Komitəsinin  22 noyabr 2016-cı il tarixli qərarı qüvvədən düşmüş sayılır:
 
Şahdağ (Qusar)
Kamran Ağakərimov
Tofiq Şəfiyev
Mahiddin Ağamov  
Faik Ağakərimov
 
Rəvan (Bakı)
Əkbər Əhmədov
Fərid Ağayev
Mirqasım Cabbarlı
Omid Masumi
Fərid Quliyev
 
Bakılı (Bakı)
Bəhram Bəhramzadə
Xəzər Qəribov
 
Göyəzən (Qazax)
Orxan Əsgərov
 
Energetik (Mingəçevir)
Orxan Əlibalayev
 
Şərurspor (Bakı)
Mehdi Rəsulov
Samir Musayev
 
Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və  danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.
251