» » » Qurban Qurbanov: "Düşünürəm ki, “Fiorentina”ya qarşı layiqli oyun göstərdik"

Qurban Qurbanov: "Düşünürəm ki, “Fiorentina”ya qarşı layiqli oyun göstərdik"

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin VI turunda "Fiorentina"ya 1:2 hesabıyla məğlub olub. Premyer.az xəbər verir ki, komandamızın baş məşqçisi oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Bizim üçün vacib oyun idi. Futbolçuların hər birinə "sağ ol” deyirəm. Məğlub olsaq da, qalib gəlmək üçün çalışdıq. "Fiorentina”ya qarşı oynamaq asan deyildi. Futbolçuları topla çox yaxşı davranırlar. Sadə qollar buraxdıq. Düşünürəm ki, "Fiorentina”ya qarşı layiqli oyun göstərdik. Bəzən biz də rəqibi topsuz qoyurduq və bu onlara çətinlik yaradırdı. Bu cür havada bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram. Sona qədər bizlə oldular. "Fiorentina"ya da uğurlar arzu edirəm. Bu komandanın oyununa baxmaq maraqlıdır. Gələcəkdə də bu komandaya azarkeşlik edəcəm".

173