» » » "Şəmkir"in heyətində yeni futbolçu

"Şəmkir"in heyətində yeni futbolçu

Birinci divizionda çıxış edən qərb təmsilçisi yeni transferini gerçəkləşdirib. 
 
Premyer.az bildirir ki, "Şəmkir" Vüsal Qarayevi heyətinə qatıb. Hücumçunun son klubu "Turan Tovuz” olub. Onunla mövsümün sonunadək müqavilə bağlanıb.
 
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın da heyətini qorumuş Vüsal, futbolçu kayerası ərzində "Turan", "Gilan", "Muğan", "Rəvan" və AZAL klublarının da formasını geyinib.
823     
Reklam

Reklam