» » » Bu göstəriciyə görə "İnter" yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır

Bu göstəriciyə görə "İnter" yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır

Bakının "İnter” klubu Azərbaycan kubokunda yubiley ev qələbəsini qazanıb. Premyer.az xəbər verir ki, 1/8 final mərhələsinin "Qaradağ-Lökbatan”la "İnter Arena”dakı matçında əldə olunan 5:1 hesablı uğur turnirdə 25-ci zəfər olub. Bakılılar bunu 41-ci matçda gerçəkləşirib. Bunadək öz meydanında keçirdiyi 40 qarşılaşmada 24 dəfə qalib gələn "İnter” 25-ci qələbəyədək 9 heç-heçə və 7 məğlubiyyət də yaşayıb. Komanda bu müddətdə 82 qol vurub 35-ni buraxıb. Görüşdə vurulan 3-cü qol 80-ci ev topu olub ki, bunun da müəllifi Rauf Əliyevdir.
Qeyd edək ki, "İnter” Azərbaycan kubokunda evdə ən çox qələbə qazanan 5 komandadan biridir. Paytaxt təmsilçisi 25-ə çatmaqla, "Bakı” ilə eyni göstəriciyə malikdir. Onlar yalnız "Qarabağ”, "Neftçi” və "Kəpəz”dən geri qalır.
249     
Reklam

Reklam