» » » Aleksandr Səmədovun "Spartak" klubuna transfer məbləği açıqlandı

Aleksandr Səmədovun "Spartak" klubuna transfer məbləği açıqlandı

Moskva "Lokomotiv"inin və Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Səmədov qış transfer pəncərəsi zamanı digər paytaxt təmsilçisi - "Spartak"a keçəcək. 
 
Premyer.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  32 yaşlı azərbaycanlı futbolçu artıq yeni klubunun rəhbərliyi ilə uğurlu danışıqlar da aparıb.
 
Transfer dəyəri təxminən 5 milyon avro olan Səmədov, yeni klubuna dekabr ayının 6-sı qoşulacaq.

Müqavilə «2,5+1» sxemi üzrə imzalanıb və illik məvacib 2,4 milyon avroya bərabərdir. Müqavilə şərtlərində müxtəlif bonuslar da nəzərdə tutulub.
 
Qeyd edək ki, Səmədov professional futbolçu karyerasını 2001-ci ildə məhs "Spartak" klubunda başlayıb.
352     
Reklam

Reklam