» » » SON DƏQİQƏ: Dəhşətli təyyarə qəzası nəticəsində 3 futbolçu sağ qalıb! (FOTOLAR)

SON DƏQİQƏ: Dəhşətli təyyarə qəzası nəticəsində 3 futbolçu sağ qalıb! (FOTOLAR)

Kolumbiyada baş verən dəhşətli təyyarə qəzasında Braziliyanın futbol komandasının futbolçuları həlak olub.
 
Premyer.az xəbər verir ki, Şimali Amerika Kubokunun finalında Kolumbiyanın "Atletiko Nasional" klubu ilə görüşəcək Braziliyanın "Şapekoense" klubu, Medelyin şəhərinə uçarkən radarlardan itib. Daha sonra məlum olub ki, təyyarə Kolumbiyanın dağlıq ərazisi olan Antiokiya provinsiyasının La Unyon adlı bölgəsində qəzaya uğrayıb.
 
Qəza nəticəsində təyyarədə olan 81 nəfərdən (72 sərnişin və 9 ekipaj üzvü) əksəriyyəti həlak olub. Son məlumatlara əsasən sağ qalanlar arasında "Şapekoense" klubunun qapıçıları Markos Danilov və Cekson Folman və müdafiəçi Alan Ruşel də var.
 
Hal-hazırda qəza yerində xilasetmə işləri aparılır. Lakin ərazi dağlıq olduğundan, təcili tibbi yardım maşınlarının qəza yerinə gəlməsi mümkünsüzdür. 
 
Qeyd edək ki, "Şapekoense” ilə "Atletiko Nasional” klubları arasındakı qarşılaşma dekabr ayının 1-də keçirilməli idi.

811     
Reklam

Reklam