» » » XIII tur Birinci Divizionun tarixinə düşdü

XIII tur Birinci Divizionun tarixinə düşdü

Futbol üzrə Azərbaycan I divizionda birinci dövrəyə yekun vurulub. Premyer.az xəbər verir ki, sonuncu – XIII tur "Səbail” – "Bakılı” qarşılaşmasındakı məhsuldarlıqla əlamətdar olub. Meydan sahiblərinin 11:3 hesabı ilə qalib gəldiyi matçda azarkeşlər 14 qol görüb.
Bu, əvvəl I dəstə adlanan aşağı liqa tarixində ən məhsuldar 4 oyundan biridir. Sonuncu dəfə 14 və ya daha çox qolun vurulduğu matç 2000/01 mövsümündə yaşanıb. OİK (Bakı) və "Lokomotiv” (İmişli) arasında görüşdə rekord sayda – 17 qol vurulub. Meydan sahiblərinin 13:4 hesablı qələbəsi I divizion tarixinə ən məhsuldar oyun kimi düşüb.
Ən böyükhesablı qələbə isə 1993/94 mövsümündə qeydə alınıb. "Metallurq” (Sumqayıt)"Göytəpə” (Göytəpə) ilə görüşdə rekord vurub – 15:0. Həmin mövsüm sumqayıtlıların daha bir oyununda yüksək məhsuldarlıq yaşanıb. "Metallurq” 14 qolun vurulduğu görüşdə "Şirvan”ı (Ağdaş) məğlub edib – 13:1.
Qeyd edək ki, bir komandanın "Səbail” – "Bakılı” oyunundakı kimi 11 və ya daha çox qol vurduğu sonuncu matç ötən mövsümə təsadüf edib. "Neftçala” (Neftçala) səfərdə "Energetik”i (Mingəçevir) 12:0 hesabı ilə məğlub edib. Ən azı 9 top fərqinin qeydə alındığı son matç isə cari mövsümdə yaşanmışdı. "Zaqatala” elə "Energetik”in qapısından 10 cavabsız top keçirib.
486     
Reklam

Digər xəbərlər

Reklam