» » » Konfederasiyalar kubokunun püşkü atıldı

Konfederasiyalar kubokunun püşkü atıldı

2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar kubokunun püşkatma mərasimi baş tutub.
Premyer.az xəbər verir ki, "A" qrupunda Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, "B" qrupunda isə Çili, Avstraliya, Almaniya və Afrika Kubokunun qalibi mübarizə aparacaq.
Sankt-Peterburqda keçiriləcək açılış matçında Rusiya Yeni Zelandiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfederasiyalar kuboku gələn il 17 iyun - 2 iyul tarixlərində keçiriləcək.
145