» » » Azərbaycanlı futbolçu və top model, karyerasını Türkiyədə davam etdirir (FOTOLAR)

Azərbaycanlı futbolçu və top model, karyerasını Türkiyədə davam etdirir (FOTOLAR)

Azərbaycanlı futbolçu və top model, karyerasını Türkiyədə davam etdirir (FOTOLAR)Azərbaycanlı futbolçu - top model Şahin Məmmədov "Onları Tanıyaq" rubrikamızın qonağıdır.  Özü haqqında Premyer.az saytına məmnuniyyətlə məlumat verən Şahin, saytımızın oxucuları ilə  futbolçu və top-model karyerası haqqında danışıb.
 
187 sm boya və 73 kg çəkiyə sahib olan hücumçu Şahin Məmmədov futbolçu həyatına Bakının "İnter" klubunda (U-15) başlamışdır. Daha sonralar "Neftçi" (U-17), "Şəmkir" və "Şahdağ" klublarının da şərəfini qorumuşdur. 2015/16 sezonunda Birinci Divizionun "Şahdağ" klubunda çıxış edən gənc futbolçu, 7 oyunda 4 qola və 5 məhsuldar ötürməyə imza atmışdır.
 
Azərbaycanın tələbə yığmasının da formasını geyinmiş Şahin, 2016-cı ilin avqust ayından Türkiyədə legioner həyatı yaşayır. Həmyerlimiz Türkiyə Futbol Federasiyasının "BAL Liqası"nda  (Bölgələrin Həvəskarlar Liqası) çıxış edən "İsmirspor" komandasının şərəfini qoruyur və klubla bir illik müqavilə bağlamışdır. Keçirdiyi 5 oyunda Şahin artıq 3 qol da vumuşdur.
 
Futbolçu karyerası ilə yanaşı, 2014-cü ildən etibarən Azərbaycanda və Türkiyədə müvəffəqiyyətlə top-model karyerasını da davam etdirən Şahin Məmmədov hər iki ölkənin qabaqcıl model agentlikləri ilə çalışmaqdadır. 2015-ci ildə "Best of Azerbaijan Night Life Fashion" "Harry Stylee" yarışmasının birincisi olan Şahin, bir çox foto və video çəkilişlərdə və moda evlərinin defilelərində də iştirak edib. 
 
Premyer.az



Azərbaycanlı futbolçu və top model, karyerasını Türkiyədə davam etdirir (FOTOLAR)






Azərbaycanlı futbolçu və top model, karyerasını Türkiyədə davam etdirir (FOTOLAR)









1071     
Reklam

Reklam