» » » "Araz" ilk oyunda məğlub oldu

"Araz" ilk oyunda məğlub oldu

"Araz" ilk oyunda məğlub olduFutzal üzrə UEFA kubokunun elit-raund mərhələsində mübarizə aparan "Araz” ilk oyununu keçirib. Premyer.az bildirir ki, təmsilçimiz Xorvatiyanın "Nacional” komandası ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Xorvatiya təmsilçisinin xeyrinə başa çatıb. "Araz”ın heyətində Fineo De Araujo fərqlənib.
İkinci oyununu bu gün keçirəcək təmsilçimiz Rusiyanın "Uqra” komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. 
190