» » » "Qarabağ"dan növbəti ev oyunu rekordu

"Qarabağ"dan növbəti ev oyunu rekordu

"Qarabağ” Topaz Premyer Liqasının cari mövsümündə keçirdiyi 5-ci ev oyununda da quru hesablı qələbə qazanıb.
 
Premyer.az bildirir ki, XII turda "Kəpəz”i 1:0 hesabı ilə məğlub edən Ağdam klubu öz meydanındakı üç seriyasını davam etdirib.
 
10 oyundur öz meydanında qol buraxmayan Qurban Qurbanovun yetirmələri martın 30-da keçirilən "Rəvan”la matçdan (5:1) sonra qonaqlara qol sevinci yaşatmır. Bu, klubun tarixində ən uğurlu seriyadır.
 
Ardıcıl 14-cü ev qələbəsini qazanan "Qarabağ”ın öz meydanındakı son xal itkisi 2015-ci il dekabrın 19-na təsadüf edib. Həmin gün əyalət klubu "Qəbələ” ilə heç-heçə edib – 1:1.
 
2015-ci fevralın 28-də "Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlubiyyət acısı yaşamır.
313     
Reklam

Reklam