» » » "Leypsiq" tarix yazmağa davam edir

"Leypsiq" tarix yazmağa davam edir

Almaniyanın "Leypsiq” futbol komandası Bundesliqada liderliyi ələ keçirərək, klub tarixində yeni rekorda imza atıb.
 
Premyer.az bildirir ki, Bundesliqada ilk dəfə mübarizə aparan klub çempionatın 11-ci turunda səfərdə "Bayer Leverkusen” komandasını 3:2 hesabı ilə məğlub edərək liderliyə yüksəlib. Çempionatda ikinci yerdə qərarlaşan və bir oyun az keçirən "Bavariya” noyabrın 19-da səfərdə "Borussiya Dortmund” üzərində qələbə qazana bilməsə "Leypsiq” liderliyini möhkəmləndirəcək.
"Leypsiq” 11 turdan sonra məğlubiyyətsizlik seriyasını davam etdirir. Komanda bu oyunlardan səkkizində qalib gəlib, üçündə isə heç-heçə edib.
335     
Reklam

Reklam