» » » Roman Qriqorçuk : "Bu oyunda komandadan razı qalmadım"

Roman Qriqorçuk : "Bu oyunda komandadan razı qalmadım"

Topaz Premyer Liqasının VIII turunun "İnter” - "Qəbələ” oyunundan (1:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Premyer.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:
"Bu oyunda komandadan razı qalmadım. Çünki istədiyimiz nəticəni qazana bilmədik. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm. Yetirmələrimin bundan da yaxşı oyunlar keçirdiyini görmüşəm. Təbii ki, belə meydanda oynamaq çox çətindir. Süni meydançalar böyük problemdir. Hər iki komandanın şərtləri eyni olsa da, burada heç süni ot da yox idi. Ot olmayan meydanda necə oynamaq olar? Bu artıq digər idman növünə aiddir. Nəticədə iki futbolçumuz zədə aldı. UEFA Avropa Liqasının "Sent-Etyen”lə oyun öncəsi ciddi problemdir. Təkcə, Asif Məmmədov deyil, bizdə bütün futbolçular hücumçuları topla təmin etməlidir. Onlar qapıya zərbə vurmalı, komanda yoldaşlarına ötürmə verməlidirlər. Lakin bu matçda belə edə bilmədik. Bunun da səbəbini məhz meydan amili ilə izah etmək olar. Rəşad Sadiqovla Baqali Dabonun zədəsinə gəlincə, həkimdən soruşmamış deyə bilərəm ki, hər iki futbolçu 3 həftə oynamayacaqlar”.
491     
Reklam

Reklam