» » » Qurban Qurbanov: "Vacib qələbə qazandıq"

Qurban Qurbanov: "Vacib qələbə qazandıq"

Topaz Premyer Liqasının VIII turunda "Qarabağ" "Sumqayıt"ı 3:0 hesabıyla məğlub edib. Premyer.az xəbər verir ki, matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:
 
"Vacib qələbə qazandıq. Asan oyun olmadı. Hər oyunda bizə qarşı fərqli üslublardan istifadə edirlər. Fikrimcə, maraqlı oyun oldu. Əsas odu ki, azarkeşlərimizi seviindirə bildik. Futbolçular bir müddətdi bir yerdə deyildilər. Qarşıda bizi vacib oyun gözləyir. Buna baxmayaraq, tam olaraq bu oyuna köklənmişdik. PAOK-la oyuna 4 gün qalıb. Məşqlərdə diqqətli olmalı, bu komandayla oyuna ciddi hazırlaşmalıyıq. Bizi doğrudan da çətin oyun gözləyir. Samir Abasova uğurlar arzulayıram. O, daim öz üzərində işləyir, hər oyunda nə isə yenilik edir".

127