» » » "Araz" UEFA kubokunda ikici qələbəsini qazandı

"Araz" UEFA kubokunda ikici qələbəsini qazandı

"Araz" UEFA kubokunda ikici qələbəsini qazandıMakedoniyada futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunları davam edir. Premyer.az bildirir ki, Azərbaycan çempionu "Araz" ikinci görüşdə Kosovonun "Feniks" komandası ilə qarşılaşıb.

Skopye şəhərindəki Boris Traykovski adına İdman Mərkəzində keçirilən oyunda komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Matçda yeganə qolu Xətai Bağırov vurub. Bu qələbədən sonra xallarını 6-a çatdıran təmsilçimiz qrupda liderliyini davam etdirir.

Xatırladaq ki, komandamız ilk oyunda Tiflis Dövlət Universitetinin komandasını 7:1 hesabı ilə məğlub etmişdi.
184