» » » Elxan Abdullayev: "Bu qələbədən sonra komandanın özünə inamı daha da artdı"

Elxan Abdullayev: "Bu qələbədən sonra komandanın özünə inamı daha da artdı"

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının VII turunun "Kəpəz” klubu ilə oyunundan sonra fikirlərini bildirib. Premyer.az bildirir ki, təcrübəli mütəxəssis qələbəni belə şərh edib:

"Futbolçularımız bu gün yaxşı oynadılar. Bu qələbə bizə çox lazım idi. Sonuncu dəqiqələrdə qol vurmağımız məni daha çox sevindirdi. Bu qələbədən sonra komandanın özünə inamı daha da artdı. Amma qarşıda görüləcək çox işimiz var. Hazırda inkişaf 3-5 faizdir. Çalışırıq ki, hər oyundan-oyuna komanda artırsın. Sevindirici haldır ki, futbolçular sona qədər döyüşdü. Çünki bundan əvvəlki iki oyunda hesabı açsaq da, qələbəni əldən vermişdik. Amma bu gün həm iki qol vurduq, həm də qələbə qazandıq”.

381     
Reklam

Reklam