» » » Argentina futzal üzrə yeni dünya çempionudur

Argentina futzal üzrə yeni dünya çempionudur

Argentina futzal üzrə yeni dünya çempionudurKolumbiyada futzal üzrə dünya çempionatına yekun vurulub. Premyer.az bildirir ki, həlledici görüşdə Argentina və Rusiya milli komandaları üz-üzə gəliblər.

Bu oyuna qədər Şimal qonşumuz heç vaxt argentinalılara uduzmamışdı. Bu komandalar sonuncu dəfə 2011-cidə qarşılaşıb və həmin oyunda Rusiya əlavə vaxtda 3:2 hesabı ilə qələbə qazanmışdı.

Kifayət qədər gərgin mübarizə şəraitində keçən oyunda qapılara 9 qol vurulub. Cənubi amerikalılar 5:4 hesabı ilə qalib gələrək dünya çempionu adına layıq görülüblər.  Bu Argentina komandasının mundiallar tarixində ilk medalı olub.

Bürünc mükafata İran yığması sahib olub.  

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında 1/4 finala qədər irəliləyib və yarımfinala gedən yolda Portuqaliya yığmasına 2:3 hesabı ilə uduzub.
268     
Reklam

Reklam