» » » Qəhrəman Əliyev: "Qazanacağımız hər xal bizim üçün əhəmiyyətlidir"

Qəhrəman Əliyev: "Qazanacağımız hər xal bizim üçün əhəmiyyətlidir"

Qəhrəman Əliyev: "Qazanacağımız hər xal bizim üçün əhəmiyyətlidir""Şəmkir" klubunun baş məşqçisi Qəhrəman Əliyevin "Zaqatala" üzərindəki qələbədən sonra oyun haqqında fikirlərini bildirib. Premyer.az baş məşqçinin açıqlamasını diqqətinizə çatdırır:
 
 
"Çətin və maraqlı oyun oldu. Qələbə qazansaq da, asan başa gəlmədi. "Zaqatala" zəif komanda deyil. Yaxşı futbolçuları var. Amma biz bu gün meydanın hər nöqtəsində 3 xal üçün mübarizə apardıq. Bu qələbəyə layiq idik."
 
Təcrübəli baş məşqçi artıq bütün diqqətlərinin "Turan"la oyuna yönəldiyini bildirib: "Artıq bu oyunu unutmalıyıq. Çünki qarşıda bizi daha çətin bir oyun gözləyir. "Turan" hazırda turnir cədvəlinin lideridir. Buna baxmayaraq biz 3 xal qazanmaq üçün meydana çıxacağıq."
 
Mütəxəssis bu oyunun yerli azarkeşlər üçün nə qədər vacib olduğunu da bildirib: "Turan"la oyunun şəmkirlilər üçün nə qədər vacib olduğunu bilirik. Onlar bizdən qələbə gözləyəcək. Qalib gəlmək və azarkeşlərimizi sevindirmək istəyirik. Eyni zamanda komandamızın qarşısına qoyduğu əsas vəzifə Premyer Liqaya yüksəlməkdir. Ona görə də, qazanacağımız hər xal bizim üçün əhəmiyyətlidir"

453     
Reklam

Reklam