» » » "Roma"nın və İtaliya millisinin üzvü ağır yol qəzasına düşüb (FOTOLAR)

"Roma"nın və İtaliya millisinin üzvü ağır yol qəzasına düşüb (FOTOLAR)

İtaliya millisinin və "Roma” klubunun futbolçusu Stefan Əl-Şaaravi avtomobil qəzasına düşüb. 
Premyer.az xəbər verir ki, hadisə bazar günü, "Torino”ya 1:3 hesablı məğlubiyyətdən sonra baş verib. 
Futbolçu Turindən klubun Romadakı bazasına qayıdarkən qəza törədib. Onun idarə etdiyi "Audi A3” avtomobili - "Fiat Panda” markalı avtomobil ilə toqquşub. "Fiat”ın sürücüsü ağır onurğa xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib. 40  yaşlı şəxsin son durumu haqqında hər hansı bir məlumat yoxdur.
Qeyd edək ki, Stefan Əl-Şaaravi ciddi xəsarət almasa da, avtomobili yararsız hala düşüb.
 
652     
Reklam

Reklam