» » » "Kəpəz" mövsümün yeni rekorduna imza atdı

"Kəpəz" mövsümün yeni rekorduna imza atdı

Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Premyer.az bildirir ki, bu, VI turun "Kəpəz” – "Qarabağ” matçında gerçəkləşib. 1:1 hesabı ilə nəticələnən qarşılaşma mövsümün arxada qalan hissəsində ən çox tamaşaçı toplayan matç olub. Gəncə şəhər stadionundakı görüşü 14 min 238 seyrçi izləyib. Bu matçadək mövsümün rekordu Gəncədə keçirilən digər matça təsadüf etmişdi. IV turun "Kəpəz” – "Zirə” görüşü (2:0) 10 min azarkeş toplamışdı. Maraqlıdır ki, mövsümün ən çox tamaşaçı toplayan 3-cü oyunu də "Kəpəz”in doğma meydanda keçirdiyi qarşılaşmadır. II turun AZAL-la Gəncədəki matçında 5 min seyrçi qeydə alınmışdı.      
Ümumiyyətlə, mövsümün arxada qalan 23 matçını 49 min 328 tamaşaçı izləyib. Bu, orta hesabla hər matça 2145 azarkeş deməkdir.
 
Foto: Rauf İskəndərov / Premyer.az
284     
Reklam

Reklam