» » » “Qəbələ” – “Maynts” qarşılaşması Litvalı hakimlərə tapşırıldı

“Qəbələ” – “Maynts” qarşılaşması Litvalı hakimlərə tapşırıldı

“Qəbələ” – “Maynts”  qarşılaşması Litvalı hakimlərə tapşırıldı"Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçirəcəyi oyunun hakimləri bəlli olub. Premyer.az bildirir ki, sentyabrın 29-da Almaniyanın "Maynts” klubu ilə keçiriləcək ev qarşılaşmasını litvalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Gediminas Majeyka olacaq. Ona həmyerliləri kömək edəcək.
Xatırladaq ki, "Qəbələ” – "Maynts” matçı Bakıda "Bakcell Arena” stadionunda keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.
UEFA Avropa Liqası
Qrup mərhələsi
C qrupu, II tur
29 sentyabr 2016
19:00. "Qəbələ” – "Maynts” (Almaniya)
Baş hakim: Gediminas Majeyka (Litva)
Baş hakimin köməkçiləri: Vitautas Şimkus, Vitenis Kazlauskas (hər ikisi Litva)
Əlavə köməkçi hakimlər: Sergeyus Sliva, Yuri Paskovski (hər ikisi Litva)
Dördüncü hakim: Vladimir Gerasimov (Litva)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Eugen Vesterink (Hollandiya)
Bakı. "Bakcell Arena” stadionu
277     
Reklam

Reklam