» » » Nigeriya millisinin futbolçusu "Qəbələ"yə baş tutmayan transferindən danışdı

Nigeriya millisinin futbolçusu "Qəbələ"yə baş tutmayan transferindən danışdı

Nigeriya millisinin futbolçusu "Qəbələ"yə baş tutmayan transferindən danışdıUkraynanın "Çernomorets" klubunun yeni transferi İsa Şerif Odessa təmsilçisinin rəsmi saytına açıqlama verib. Premyer.az bildirir ki, Nigeriyalı futbolçu qışda Azərbaycana gəlişindən və "Qəbələ"yə baş tutmayan transferi haqqında da danışıb: "Qışda Roman Qriqorçukun təklifi ilə Azərbaycana gəldim. O, hələ "Çernomorets"də olarkən mənimlə maraqlanırdı. Daha sonra "Kayrat" və "Zarya"da baxışda oldum. Məndən asılı olmayan səbəblərə görə, heç biri ilə müqavilə imzalaya bilmədim".

Qeyd edək ki, 25 yaşlı futbolçu Nigeriya milli komandası ilə 2007-ci ildə 17 yaşlılardan ibarət futbolçuların dünya çempionatında qalib olmuşdu.
451     
Reklam

Reklam