» » » Futzal millimiz DÇ-dəki çıxışını dayandırdı

Futzal millimiz DÇ-dəki çıxışını dayandırdı

Futzal üzrə Azərbaycan milli komandası Kolumbiyada keçirilən dünya çempionatında çıxışını dayandırıb.
 
Premyer.az xəbər verir ki, 1/4 finalda Portuqaliya yığması ilə qarşılaşan futzalçılarımız adlı-sanlı rəqibi ilə başa-baş mübarizə aparıb.
 
Son saniyələrə qədər hücumda olan millimiz bu görüşdə 2:3 hesabı ilə məğlub olub.
 
Bununla da tarixində ilk dəfə dünya çempionatına qatılan Militinyonun yetirmələri yarımfinalın bir addımlığına kimi gəlməyi bacarıblar.
 

Futzal üzrə Dünya Çempionatı
1/4 final

26 sentyabr 2016

Azərbaycan - Portuqaliya - 2:3 (1:2)
Qollar: Tyaqu, 13 (1:1). Eduardo, 35 (2:3).
Baş hakim: Serjio Kabrera (Kuba).

Qeyd edək ki, Portuqaliya yarımfinalda Argentina ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə Rusiya və İran üz-üzə gələcək.

610     
Reklam

Reklam