» » » UEFA-nın "A" kateqoriyalı məşqçi kursu keçiriləcək

UEFA-nın "A" kateqoriyalı məşqçi kursu keçiriləcək

Oktyabrın 12-dən 16-dək (birinci mərhələ), oktyabrın 31-dən noyabrın 4-dək (ikinci mərhələ), noyabrın 14-dən 18-dək (üçüncü mərhələ) və noyabrın 28-dən dekabrın 10-dək (dördüncü mərhələ) Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "A" kateqoriyalı məşqçi kursu keçiriləcək.

Premyer.az bildirir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. "B" Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 2000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər sentyabrın 30-dan oktyabrın 6-dək qəbul olunur.
532     
Reklam

Digər xəbərlər

Reklam