» » » Millimiz bu dəfə məğlub oldu

Millimiz bu dəfə məğlub oldu

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası ikinci oyununu keçirib.

Premyer.az xəbər verir ki, İsveçrə yığması ilə qarşılaşan millimiz 6:7 hesabı ilə məğlub olub.
 
Komandamızın heyətində Asif Zeynalov dubl edib. Hərəyə 1 dəfə Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanov fərqlənib.
 
Millimiz növbəti oyununu sentyabrın 9-da Türkiyə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.
413     
Reklam

Reklam