» » » SON DƏQİQƏ! "Göyəzən" Gəncə futbolunun 3 yetirməsini heyətinə qatdı

SON DƏQİQƏ! "Göyəzən" Gəncə futbolunun 3 yetirməsini heyətinə qatdı

Gəncə futbol məktəbinin yetirməsi, ötən mövsümü Gəncənin "Kəpəz" komandasında keçirmiş Nicat Əliyev karyerasını birinci dəstədə davam etdirəcək.
 
Premyer.az saytının əldə etdiyi məlumata görə futbolçu, ötən illərdən fərqli olaraq, bu il daha da iddialı olan "Göyəzən" klubunda çıxış edəcək.
 
Nicatla bərabər "Göyəzən", Gəncə futbolunun daha iki yetirməsi ilə də güclənib. Bunlar yarımmüdafiəçi Zahid Sadıqov və hücumçu Ziyabil Məmmədovdur.
 
Nəzərinizə çatdıraq ki, Qazax rayon rəhbərliyi bu il üçün iddialı heyətlə çıxış etməyi klub rəhbərliyi önündə məqsəd qoyub. Klub rəhbərliyi də, təcrübəli futbolçulardan ibarət optimallaşmış heyət toplamaqda davam edir.
827