» » » U-21 Avro-2017: Azərbaycan 1 - 1 Farer adaları, Məşqçi fikirləri

U-21 Avro-2017: Azərbaycan 1 - 1 Farer adaları, Məşqçi fikirləri

U-21 Avro-2017: Azərbaycan 1 - 1 Farer adaları, Məşqçi fikirləri Premyer.az Azərbaycan U-21 1–1 Farer adaları U-21 oyunundan sonra hər iki komandanın baş məşqçisinin mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

Bill Jacobsen (Farer adaları yığmasının baş məşqçisi): "Bu qarşılaşmadan bir neçə gün əvvəl Rusiya komandası ilə qarşılaşmış və böyük hesabla məğlub olmuşduq. Komandanı növbəti oyuna psixoloji baxımdan hazırlamaq asan deyildi. Üstəlik, yol yorğunluğu da vardı. Sevinirəm ki, bu gün belə oynaya bildik. Qarşılaşmanın sonlarına qədər 3 xal qazanmaq ümidimizi itirməmişdik. Təəssüf ki, üstünlüyümüzü qoruyub saxlaya bilmədik”.
 
Yaşar Vahabzadə (Azərbaycan yığmasının baş məşqçisi): "Oyundan əvvəl futbolçularımıza bildirmişdik ki, rəqib daha çox əks-hücumlarda təhlükəli olacaq. Xüsusilə, topa biz nəzarət etdiyimz müddətdə daha ehtiyatlı davranmalı olduğumuzu, qəfil top itkisi zamanı hesabda geri düşmək ehtimalının yaranacağını qeyd etmişdik. Qolu əks-hücum zamanı buraxdıq. Oyunun ilk dəqiqələrində yaratdığımız iki gözəl imkanın, heç olmasa, birindən yaralana bilsəydik, hesab başqa cür ola bilərdi. Alınmadı. Futbolda belə nəticələrə rast gəlmək olur. Futbolçularımızın əməyini yerə vurmaq olmaz, bütün oyun ərzində əzmkarlıqla mübarizə apardılar”.
295     
Reklam

Reklam