» » » Rövnəq Abdullayev: "Bundan sonrakı rəqiblər San-Marino kimi olmayacaqlar"

Rövnəq Abdullayev: "Bundan sonrakı rəqiblər San-Marino kimi olmayacaqlar"

AFFA prezidenti Rövnəq Abdullayev San-Marino ilə keçirilən matçdan (1:0) sonra mətbuat nümayəndlərinə açıqlama verib: Premyer.az açıqlamanı diqqətinizə çatdırır:
 
"Ümumilikdə, dörd yüz faizlik qol şanslarımız oldu. Amma təəssüf ki, bunlardan istifadə edə bilmədik. Bu tsikldə ilk oyundur və inanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Nəticə bizi qane edir, amma oyundan baxımından komanda zəif çıxış etdi. Bundan sonrakı rəqiblər San-Marino kimi olmayacaqlar. Norveç, Çexiya və Almaniya kimi yığmalara qarşı oynamaq o qədər də asan deyil.

Oyundan sonra baş məşqçi ilə danışdım. O, nəticədən razı qaldığını və qol epizodları üzərində daha çox işləyəcəklərini bildirdi. Bu oyunla qrupda nələr edəcəyimizi deyə bilmərəm. Əsas odur ki, millimizin ehtiyat oyunçular skamyası genişdir. Bu da yaxşı rəqabət yaradır".
501     
Reklam

Reklam