» » » Çimərlik millimiz də qələbə qazandı

Çimərlik millimiz də qələbə qazandı

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi ikinci oyununu keçirib.

Premyer.az bildirir ki, Macarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 7:3.
 
Sabir Allahquliyevin het-trik, Asif Zeynalovun isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Orxan Məmmədov və Ramil Əliyev fərqlənib.
 
 
Millimiz qrupda son oyununu sentyabrın 6-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
524     
Reklam

Reklam