» » » Robert Prosineçki: "Çətin vəziyyətdə qol vurduq, amma asan epizodlarda nəticə olmadı"

Robert Prosineçki: "Çətin vəziyyətdə qol vurduq, amma asan epizodlarda nəticə olmadı"

Robert Prosineçki: "Çətin vəziyyətdə qol vurduq, amma asan epizodlarda nəticə olmadı"Premyer.az San Marino – Azərbaycan oyunundan sonra komandamızın baş məşqçisi Robert Prosineçkinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): "Rəqibdən üstün idik. Topa nəzarət etdik, qol şansları yaratdıq. Təəssüf ki, qol imkanlarından kifayət qədər istifadə edə bilmədik. Çətin vəziyyətdə Ruslan Qurbanov qol vurdu, amma asan epizodlarda nəticə hasil olmadı. Bunun üzərində işləyəcəyik. Əsas odur ki, qələbə qazandıq və seçmə mərhələyə 3 xalla başladıq. Diqqəti artıq qarşıdakı çətin oyuna yönəltmək lazımdır”.
383     
Reklam

Reklam