Əliyar Ağayevə UEFA-dan növbəti mötəbər təyinat » Premyer.Az
» » » Əliyar Ağayevə UEFA-dan növbəti mötəbər təyinat

Əliyar Ağayevə UEFA-dan növbəti mötəbər təyinat

Əliyar Ağayevə UEFA-dan növbəti mötəbər təyinatAzərbaycanlı FİFA hakimi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Premyer.az bildirir ki, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununu idarə edəcək.

Ağayev 8-ci qrupun Belarus – Hollandiya matçında iş başında olacaq. Bu qarşılaşma sentyabrın 2-də keçiriləcək.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim Orxan Məmmədov olacaq.

Xatırladaq ki, Əliyar Ağayev sentyabrın 6-da Rusiya və Qana millilərinin yoxlama oyununda da baş hakim kimi meydana çıxacaq.
369     
Reklam

Reklam