» » » AFFA “Danışılmış oyunlar"la əlaqədar Bəyannamə qəbul etdi

AFFA “Danışılmış oyunlar"la əlaqədar Bəyannamə qəbul etdi

Dünən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.  
 
Premyer.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra bəzi qərarlar qəbul olunmuşdur ki, bunlardan biri də "Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı olub.
 
Bununla əlaqədar AFFA-nın İcraiyyə Komitəsi aşağıdakı qərarı qəbul edib: "Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə əlaqədar Bəyannamə qəbul olunsun. Peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs Bəyannaməni imzalamaqla müvafiq öhdəlik götürsün. Bəyannamə AFFA tərəfindən müvafiq futbol strukturlarına təqdim olunsun.
299