» » » U-17 yığmasının müvəqqəti baş məşqçisi kimdir? (TƏRCÜMEYİ-HAL)

U-17 yığmasının müvəqqəti baş məşqçisi kimdir? (TƏRCÜMEYİ-HAL)

Dünən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rafiq Mirzəyevin öz istəyi ilə istefasının qəbul olunması haqqında xəbər vermişdik.
 
Premyer.az xəbər verir ki, U-17 Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinin müvəqqəti icrası Vüqar Məmmədə həvalə olub.
 
Vüqar Məmmədi yaxından tanıyaq:
 

Vüqar Məmməd oğlu Məmməd 10 iyun 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1995-1998-ci illərdə Bakı Rabitə Liseyində, 2001-2005-ci illərdə isə Azərbaycan Beynəlxalq Universitetində təhsil almışdır.
 
1990-1995-ci illərdə Neftçi Futbol Akademiyasında futbolçu kimi yetişmişdir. 
 
1995-1996-cı illərdə Bakı FK-da, 1996-1998-ci illərdə Neftçi PFK-da, 
1998-2001, 2002-2003-cü illərdə Şahdağ Qusar FK-da , 
2001-2002-ci illərdə ANS-Pivani PFK-da (Bakı), 
2003-2004-cü illərdə Ədliyyə FK-da (Bakı), 
2004-2005-ci illərdə Bakılı FK-da,
2005-2006-cı illərdə isə MOİK FK-da (Bakı) Premyer liqada peşəkar futbolçu kimi iştirak etmişdir.
 
2006-cı ildən Şərur FK-da məşqçi köməkçisi və oyunçu olaraq məşqçilik fəaliyyətinə başlamışdır.
2007-2009-ci illərdə Rusiyanın Leki FK-da köməkçi məşqçi,
2009-2010-cu illərdə Avanqard FK-da məşqçi, 
2010-2011-ci illərdə Olimpiya Ehtiyat Futbol məktəbində məşqçi-seleksiyaçı, 
2010-2011-ci illərdə 16 yaşadək oğlanlardan ibarət milli yığma komandada məşqçi köməkçisi,
2011-2013-cü illərdə 17 yaşadək oğlanlardan ibarət milli yığma komandada məşqçi köməkçisi, 
2011-2013-cü illərdə Elit Məşq layihəsi çərçivəsində  məşqçi seleksiyacı, 
2013-2014-cü illərdə 15 yaşadək oğlanlardan ibarət milli yığma komandada məşqçi köməkçisi,
2014-2015-cü illərdə 16 yaşadək oğlanlardan ibarət milli yığma komandada məşqçi köməkçisi,
Eyni zamanda 2013-2015-ci illərdə AZAL Futbol Akademiyasında U12-U16 komandalarının Koordinatoru vəzifəsində çalışıb,
2015-ci ilin yanvar ayında 17 yaşadək oğlanlardan ibarət milli yığma komandada məşqçi köməkçisi kimi çalışır, 
Eyni zamanda 2015-ci ilin sentyabr ayından Neftci IK Futbol Akademiyasında Koordinator kimi fəaliyyət göstərir.
 
2009-cu ildə "C” və UEFA-nın "B” kateqoriyalı, 2011-ci ildə isə UEFA-nın "A” kateqoriyalı məşqçi lisenziyasına yiyələnmişdir.

454     
Reklam

Reklam