» » » Adil Şükürov: "Öz oyunumuzu diqtə etməyə çalışdıq"

Adil Şükürov: "Öz oyunumuzu diqtə etməyə çalışdıq"

Daha öncə də premyer.az saytının xəbər verdiyi kimi, Türkiyədə təlim-məşq toplanışında olan "Zirə” ikinci yoxlama oyununu keçirib. "Qartallar” qardaş ölkənin "Göztəpə” klubu ilə 1-1 heç-heçə edib.
 
"Zirə”nin baş məşqçisi Adil Şükürov oyun haqqında fikirlərini bildirib: "Yaxşı komplektləşmiş komandaya qarşı oynadıq. "Göztəpə”nin özünəməxsus oyun üslubu olsa da, biz də öz oyunumuzu diqtə etməyə çalışdıq. Bəzi epizodlarda bu alınırdı. Ancaq yetərli səviyyədə olmadı. Oyunun əvvəlində yaxşı oynadıq. Ancaq qoldan sonra rəqib daha üstün idi. Yay hazırlığını səmərəli keçirdiyimizi düşünürəm. Türkiyə toplanışını da yüksək səviyyədə keçirdik. Bununla belə komanda hələ tam hazır deyil. Taktiki cəhətdən işlərimiz çoxdur. Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağımızı düşünürəm”.
286     
Reklam

Reklam