» » » "Qarabağ"ın futbolçusu Millidən kənarda qaldı

"Qarabağ"ın futbolçusu Millidən kənarda qaldı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.
 
Premyer.az bildirir ki, Bədavi Hüseynov ("Qarabağ" FK) zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.
 
Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.
 
 
Xatırladaq ki, daha öncə "İnter” komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.
197