» » » "Qarabağ"ın stadion dəyişməsindən söhbət belə gedə bilməz (AÇIQLAMA)

"Qarabağ"ın stadion dəyişməsindən söhbət belə gedə bilməz (AÇIQLAMA)

"Qarabağ"ın stadion dəyişməsindən söhbət belə gedə bilməz (AÇIQLAMA)Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev bəyan edib ki, arenanın qazonu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində keçirəcəyi ilk ev oyununa kimi tam hazır vəziyyətə gətiriləcək və heç bir problem olmayacaq. Premyer.az bildirir ki, o, bunları söyləyib:
"Göteborq"un şikayəti əsassızdır. Onlar da "Qarabağ"la eyni şərtlər altında oynadılar. UEFA rəsmiləri oyundan öncə qazona baxış keçirdilər və heç bir problem olmadığını gördülər. Hansısa problem olsaydı, oyunun keçirilməsinə razılıq verməzdilər. Qazon UEFA-nın bütün tələblərinə cavab verirdi. Sadəcə, avqust ayı həmişə isti keçir və bu dövrlərdə qazonda yaranan problemlər də istiyə görədir. Bəzi yerlərdə ot yanıb. Bu da oyun vaxtı xoşagəlməz görüntüyə səbəb olur. Mütəxəssislərlə məsləhətləşmişik. Hazırda təmir işləri gedir. Sentyabrın ortasında qazon tam hazır olacaq. Bu üzdən də "Qarabağ"ın stadion dəyişməsindən söhbət belə gedə bilməz. "Qarabağ" bundan sonra da Avroliqadakı ev oyunlarını bizim arenada keçirəcək".
348     
Reklam

Reklam