» » » Qurban Qurbanov: "Qrup mərhələsində daha yaxşı oynayacağıq"

Qurban Qurbanov: "Qrup mərhələsində daha yaxşı oynayacağıq"

Avropa Liqasının "pley-off" mərhələsində İsveçin "Göteborq" klubu ilə qarşılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında qələbəni belə şərh edib.
 
Premyer.az şərhi diqqətinizə çatdırır: "Futbolçularımı təbrik etmək istəyirəm. Çətin anlar yaşadıq. Çempionlar liqasındakı məğlubiyyət futbolçulara pis təsir etmişdi. Amma bu futboldur. Ən azından Avropa Liqasının qrupuna düşdük.

Oradakı oyunda buraxdığımız səhvləri çalışdıq ki, burada buraxmayaq. Qarşıda hələ püşkatma var. İki il ard-arda mərhələ adlamaq üçün yaxşı şansımız oldu. Düşünürəm ki, qrup mərhələsində  daha yaxşı oynayacağıq. Səbrli olub çatdığımız müəyyən səviyyəni qorumalıyıq. İlk oyunda rəqib öndə idi, müdafiəyə daha çox vaxt ayırmışdılar. Bu gün də istədilər oradakı oyunu təkrarlasınlar, amma sonda qələbə bizim oldu.

Oyun gedə-gedə ot örtüyünə görə narahat idim ki, oyunçular zədə alar. UEFA yəqin ki, öz etirazını bildirəcək. Qrup mərhələsində ilk matçı rəqib meydanda oynamağa çalışacağıq ki, stadion normal vəziyyətə dönsün.
  
Elvin Yunuszadəyə görə "Viktoriya Plzen"lə matçdan sonra çox təndiq olundum. Bəzən oynamayanda oyun təcrübəsi itir. Belə qarşılaşmalarda isə özünü hazırlaya bilir. Hər bir futbolçu öz şansını gözləməlidir ki, nə vaxtsa meydana çıxa bilər.

Mərkəz müdafiəçisi ilə maraqlanırdıq. Amma qəti qərar verməmişik. Sərf edən variant olsa, müdafiəçi cəlb ediləcək komandaya. Bədavi 3 ay əvvəl də həmin yerdən zədələnmişdi. Əzələsindən ciddi olmayan zədəsi var.

Riçard Almeydaya Ərəbistan klubundan təklif gəlmişdi. Amma o, kluba bağlıdır. Ona görə təklifdən imtina etdi.

"Qəbələ"yə uğurlar arzu edirəm. Evə tələsirəm ki, gedib məhz həmin oyuna baxam.
418     
Reklam

Reklam